Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlıq vəziyyətinin təhlilinə həsr olunmuş tədbir keçirilib  
26.07.2023 16:43

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, tədbirdə çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens vurğulayıb ki, iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit sağlamlığına aid məsələlər təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb: “Aparılmış qiymətləndirmənin nəticələri, o cümlədən müvafiq problemlərin potensial həlli yollarını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub”.

 

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini vurğulayıb. Bildirib ki, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirməsinin ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev