Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq yeniyetmələrlə görüş keçirilib
26.07.2023 16:01

Azərbaycanın Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, tədbirdə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik də iştirak edib.

 

Görüşdə səhiyyə naziri Teymur Musayev şəkərli diabetdən əziyyət çəkən uşaq və yeniyetmələr üçün İsraildə yay düşərgəsinin təşkil olunanmasını humanizm prinsiplərinə əsaslanan bir addım kimi yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin uşaqların və yeniyetmələrin sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı vurğulayıb. Bildirib ki, bu qayğının nəticəsi olaraq son illərdə uşaqların yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır.


Nazir, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əhalinin, xüsusilə uşaq və yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini qeyd edib: “Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların və yeniyetmələrin sağlamlığının qorunması, o cümlədən şəkərli diabetdən əziyyət çəkənlərin müalicə və reabilitasiyasına dəstəyin göstərilməsidir”.
Yay düşərgəsinə yollanan yeniyetmələrə yaxşı yol arzulayan Teymur Musayev bu səfərin onların yaddaşlarında xoş xatirə kimi qalacağını, eyni zamanda sağlamlığlarının bərpasında da vacib rol oynayacağını bildirdi: “Hər bir insan həyatda müxtəlif sınaqlarla üzləşir. Həyat payınıza düşən bu sınaq sizi daha əzmkar və mübariz olmağınıza sövq edir. Qarşınızdakı məqsədlərə nail olmaq üçün gələcəyə nikbin baxmaq vacibdir”.

 

Çıxışının sonunda Teymur Musayev gələcəkdə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan belə tədbirlərin qarşılıqlı şəkildə ardıcıl olaraq hər iki dövlətdə təşkil olunmasının zəruriliyini vurğulayıb.

 

Öz növbəsində səfir Corc Dik Azərbaycanda dövlət tərəfindən uşaqlara göstərilən qayğını yüksək dəyərləndirib. Qeyd edib ki, beynəlxalq müstəvidə həyata keçirilən bu layihədə iştirak etmək üçün, ilk olaraq azərbaycanlı uşaq və yeniyetmələr seçiliblər.


Səmimi qəbula görə minnətdarlığını bildirən yeniyetmələr dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Bildirilib ki, yay düşərgəsi səhhətlərinin bərpasında vacib rol oynayacağı ilə yanaşı, onların dünyabaxışlarının inkişafında, habelə xatirələrində xoş tarix kimi qalacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır