Hökumət COVID-19-la bağlı sahibkarlara müraciət etdi  
16.10.2020 11:48

Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yayıb.

 

Aztibb.az xəbər verir ki, açıqlamada deyilir:

 

"Bütün dünyada, o cümlədən Azərbaycanda “COVID-19” virusuna yoluxma hallarının sürətlə artması, xüsusilə son günlərin statistikası xüsusi karantin rejiminin qaydalarında bəzi dəyişikliklərin edilməsi zərurətini yaradıb.

 

Sahibkarlıq fəaliyyətinə olan məhdudiyyətlər aradan qaldırılıdığına görə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslər tam heyətlə işə cəlb edilir. Bu isə ictimai nəqliyyatın həddindən artıq yüklənməsinə, iş yerlərində karantin qaydalarına əməl olunmasında problemlərin yaranmasına, ticarət və xidmət obyektlərində sıxlığa gətirib çıxarır.

 

Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə tövsiyə edir:

 

Zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər;

 

Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır