İcbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədilə nəzərdə tutulan tədbirlər uğurla davam etdirilir
26.07.2023 10:49

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Kommunikasiya Strategiyasında əhalinin icbari tibbi sığorta sistemi barədə məlumatlılığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər 2023-cü ilin birinci yarısında uğurla icra olunub.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, strategiyanın tələblərinə uyğun olaraq sığorta barədə vətəndaşları ən çox maraqlandıran məsələlərə aydınlıq gətirmək və tibbi xidmətlərdən sığorta çərçivəsində yararlanmalarını təmin etmək üçün bir neçə istiqamətdə layihə və tədbirlər icra olunub: “Maarifləndirmə işləri dövlət və qeyri-dövlət qurumlarında, orta və ali təhsil müəssisələrində, dini icmalarda aparılıb. Ümumilikdə 171 sayda tədbirdə 13 minə yaxın şəxsə icbari tibbi sığorta haqqında məlumat verilib”.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən məlumata görə, maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədi ilə agentliyin bölgələrdəki filial rəhbərləri ilə görüşlər keçirilib. Qurumun aidiyyəti nümayəndələri ilə filial rəhbərləri vətəndaşları icbari tibbi sığorta ilə bağlı maraqlandıran məsələləri müzakirə ediblər. Filial rəhbərləri tərəfindən bölgələrdə keçirilən tədbirlərin səmərəliliyin artırılması, sığorta ilə bağlı əhalinin düzgün istiqamətləndirilməsi üzrə metod və vasitələr təhlil olunub.

 

Daha geniş əhali kütləsini məlumatlandırmaq, din xadimlərinin əhatə etdiyi vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən faydalanmasını təmin etmək üçün dini icma üzvləri ilə görüşlər keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən tədbirlərdə din xadimlərinə icbari tibbi sığortanın üstünlükləri haqqında ətraflı məlumat verilib.

 

Bundan başqa maarifləndirmə işlərinə növbəti dəfə vətəndaş cəmiyyəti üzvləri cəlb olunub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin cari ildə elan edilən kiçik qrant müsabiqəsində 5 qeyri-hökumət təşkilatı qalib gəlib. QHT-lər icbari tibbi sığorta haqqında regionlarda əhalinin maarifləndirilməsini həyata keçirəcəklər.

 

Digər tədbirlərə gəldikdə isə agentliyin fəaliyyəti barədə vikipediyada 2 dildə səhifə yaradılıb. İcbari tibbi sığorta ilə bağlı 78 məlumat və 66 infoqrafik post paylaşılıb. ASAN radio ilə əməkdaşlıq çərçivəsində "1 sual, 1 cavab" rubrikasında dinləyicilərə icbari tibbi sığorta ilə bağlı məlumatlar təqdim olunub. Real TV-nin “Tibbi sığorta saatı” verilişi və qurumun feysbuk səhifəsi vasitəsilə 21 canlı yayım paylaşılıb. Mediadan daxil olan 176 sorğunun 95 faizi cavablandırılıb, digərləri aidiyyəti üzrə yönləndirilib. Agentliyin sosial şəbəkə istifadəçiləri tərəfindən göndərilən 4 min 438 sorğu dolğun şəkildə cavablandırılıb.

 

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə bağlı əməkdaşların məlumatlılığını artırmaq istəyən qurumlar, təlimlərin təşkili üçün marketing@its.gov.az ünvanına müraciət edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır