Naxçıvan Kardioloji Mərkəzi "Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsə birləşdirilib
25.07.2023 17:18

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən “Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsə birləşdirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Məqsəd muxtar respublikada kardioloji xəstəliklərdən əziyyət çəkən əhali üçün tibbi xidmətlərin optimallaşması və səhiyyə xidmətinin gücləndirilməsi, ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək, ən son texnologiyalar ilə təchiz olunaraq, hərtərəfli diaqnostika və müalicə üsulları ilə xidmət göstərməkdir.

 

Kardiologiya Mərkəzinin fəaliyyətinin Naxçıvan Muxtar Respublika Xəstəxanasında davam etdirməkdə məqsəd Muxtar Respublika Xəstəxanasına üz tutan təcili və təxirəsalınmaz ürək xəstələrinə daha operativ və zamanında tibbi müdaxilə etməklə yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsinin aparılmasına şərait yaratmaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev