Mingəçevirdə qayığın sahilə çırpılması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb  
25.07.2023 17:05

24.07.2023-cü il tarixində gecə saatlarında Mingəçevir şəhəri, Kür çayı sahilində istirahət üçün nəzərdə tutulmuş qayığın sahilə çırpılması nəticəsində xəsarət alan 5 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan xəbər verilib.


Bildirilib ki, xəsarət alanlar - 2007-ci il təvəllüdlü H.F.Həsənzadə “Almacıq sümüyü və əngin sınığı”, 1995-ci il təvəllüdlü S.Ə.Ramazanova “Burun sümüklərinin sınığı”, 1998-ci il təvəllüdlü B.E.Abbaszadən “Baldır sümüklərinin sınığı”, 2000-ci il təvəllüdlü S.K.Allahverdiyev “Yuxarı ətraf qurşağının və bazunun səthi travması”, 2002-ci il təvəllüdlü M.İ.Rzayev “Döş qəfəsinin səthi travması” ilə Mingəçevir ŞMX-nın Acil bölməsinə yerləşdirilib.

 

Onlardan S.K.Allahverdiyev və M.İ.Rzayev ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. B.E.Abbaszadənin müalicəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində, H.F.Həsənzadənin və S.Ə.Ramazanovanın müalicələri isə Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar