Peşəkar səhiyyə işçilərimizi tanıyaq! - Nəriman Nağdalıyev
25.07.2023 12:11
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 iyun 2023-cü il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də həkim-terapevt Nağdalıyev Nəriman Məmməd oğludur. O, hazırda TƏBİB-in tabeliyindəki Göygöl Rayon Mərkəzi Xəstəxanasında çalışır.
 
Aztibb.az-ın xəbərinə görə, Nəriman Nağdalıyev 1958-ci ildə Qazax rayonu Qaymaqlı kəndində anadan olub. 1976-1981-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsində təhsil alıb. 1981-1982-ci illərdə Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada internatura keçib.
 
O, 1982-1986-cı illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında Təcili yardım üzrə həkim, 1986-1998-ci illərdə həkim-terapevt işləyib, 1998-ci ildən bu günədək isə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev