TSH nədir?
29.07.2023 10:25

TSH - tiroid stimullaşdırıcı hormon, beyinin aşağısında, sinus ciblərinin arxasında yerləşən, hipofiz adlanan kiçik bir orqan tərəfindən ifraz olunur. TSH qalxanabənzər vəzdə yerləşən reseptorlarla birləşərək onu stimullaşdırır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının qana ifrazını təmin edir. Qalxanabənzər vəzi, kiçik kəpənək formalı vəzi olub boğazda, nəfəs borusunun önündə yerləşir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-onkoloqu Süleyman Musayev məlumat verib.

 

Həkim bildirib ki, T4 və T3 orqanizmimizin maddələr mübadiləsinin sürətini kontrol edir. Qalxanabənzər vəzidə T4 hormonu daha çox ifraz olunmasına baxmayaraq nisbətən inaktiv vəziyyətdədir, lakin qaraciyər və digər toxumalarda daha aktiv forma olan T3 ə çevrilir:


"TSH, hipotalamusdan gələn tireotrop relizinq hormon(TRH) ilə requlyasiya olunaraq qalxanabənzər vəzi hormonlarının stabil şəkildə qana ifraz olunmasını təmin edir".

 

Onkoloqun sözlərinə görə, qanda qalxanabənzər vəzi hormonlarının miqdarı azaldıqda, xəbərdaredici hormon olan TRH-a əsaslanaraq hipofiz daha çox TSH ifraz edir. TSH qalxanabənzər vəzi daha çox T3 və T4 istehsal və ifrazı üçün stimullaşdırır.

 

Süleyman Musayev bildirib ki, qalxanabənzər vəzi hormonları qanda yüksəldikdə, hipofiz vəzi daha az TSH ifraz edir və buna bağlı olaraq T3 və T4 ifrazı da azalır:

 

"Bu 3 orqan (hipotalamus, hipofiz və qalxanabənzər vəz) normal işlədikdə tiroid hormonların miqdarı qanda nisbətən stabil olur.


TSH səviyyələri gün ərzində müəyyən ritmdə dəyişir. Sağlamlıq problemi olmayan şəxslərdə yuxu vaxtına yaxın yüksəlməyə başlayır və səhər erkən saatlarında maksimum səviyyəsinə çatır. Növbəti saatlarda enməyə başlayan TSH səviyyəsi günorta saatlarında minimum səviyyəyə çatır".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev