Abbas Səhhət adına xəstəxananın Nevrologiya və Terapiya şöbələri yenidən qurularaq istifadəyə verilib
24.07.2023 16:02

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdindəki Abbas Səhhət adına xəstəxananın Nevrologiya və Terapiya şöbələri əvvəlki modul tipli xəstəxananın yerində yenidən qurularaq istifadəyə verilib.

 

Aztibb.az-a xəstəxanadan verilən xəbərə görə, müasir tibbi avadanlıqlarla təchiz edilən şöbələrin hər biri 100 çarpayılıqdır.

 

Nevrologiya şöbəsində 70 tibbi personal fəaliyyət göstərir ki, onların da 9-u həkimdir. Şöbə müdiri Dürüstkari Pərvin Vaqif qızıdır. 

Şöbə ən müasir tibbi avadanlıqlarla (EEQ, EMQ və s.) təchiz edilib.

Nevrologiya şöbəsində ambulator və stasionar müalicə xidmətləri ilə yanaşı, mütəxəssislər intensiv terapiyaya ehtiyacı olan xəstələrə də xidmət göstərirlər.

 

Terapiya şöbəsində isə 78 tibbi personal fəaliyyət göstərir ki, onlardan da 8-i həkimdir. Şöbə müdiri Əliyeva Aysel Xudayar qızıdır.

Yeni yaradılan Nevrologiya və Terapiya şöbələrinin müasir tibbi avadanlıqlarla təmin edilməsi, təcrübəli həkim-mütəxəssislərin fəaliyyətə başlaması vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin edilməsi üçün atılan addımlardandır. Xəstəxanada bu imkanların yaradılması sakinlərin uzaq məsafə qət etmədən, zamanına qənaət edərək tibbi xidmət almasına gətirib çıxaracaq.

 

Qeyd edək ki, iyun ayının 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə Gəncə ŞBX-nin tabeliyində olan tibb müəssisələrində yenidən qurulan şöbələrin açılışları həyata keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev