"Kişilərin qəbul etməli olduğu su miqdarı gündə təxminən 3, qadınlarda isə 2 litrdir" - Uzman həkim
25.07.2023 08:55

Su insan orqanizmi üçün çox vacibdir. Xüsusilə insan bədəninin 70%-i sudan ibarətdir. Suyun faydaları sonsuzdur. Böyrək daşı əmələ gəlməsinin qarşısını almaqla yanaşı, yoğun bağırsaq xərçənginə tutulma riskini də 45% azaldır. Gün ərzində tərləmə, nəfəs alma və sidiyə getmə səbəbi ilə təxminən 10 stəkan suyun xaric olduğunu nəzərə alaraq, gündə 2 litrdən çox su içilməsinin önəmli olduğunu bilməliyik. Bu da 8 stəkandan çox su deməkdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Samir Ağalarov “Suyun faydaları” mövzusunda məlumat verərkən deyib.

 

Uzman həkim bildirib ki, sağlam bir bədəndə həddindən artıq suya ehtiyac yarandıqda və bu vəziyyət aradan qaldırılmadıqda, bəzi hormonlar aktivləşir və qandakı maye miqdarının azalması səbəbindən yaranan impulsları beyinə ötürür. Susuzluğumuzu yatırmadığımız zaman dilimiz və boğazımız quruyur, damaq badamcıqlarımız azca şişir. Bədənimizdəki duz nisbəti yüksəlir və antidiuretik hormon ifraz olunur. Böyrəklər tərəfindən idarə olunan bu hormon bədəndə su saxlamağa çalışır.

 

Onun sözlərinə görə, sağlam vücuda sahib yetkin insan müəyyən müddət aralığında 2.5 litr maye itirir ki, bunun 1.5 litri ifrazla, təxminən 1 litri nəfəs alma, tərləmə və oynaq hərəkətləri ilə olur. İtirilən mayenin təqribən 20 faizi gün ərzində qəbul etdiyimiz qidalar sayəsində bərpa olunur. Qalan 2 litr su ehtiyacını isə gün ərzində su içərək doldurmaq sağlam vücuda sahib olmağımızı təmin edəcəkdir.

 

Samir Ağalarov qeyd edib ki, kişi bədəni və metabolizmi qadın orqanizmindən fərqlənir. Müvafiq olaraq da, kişilərin qəbul etməli olduğu su miqdarı gündə təxminən 3 litr, qadınlarda isə bu miqdar təxminən 2 litrdir. Su miqdarı sadəcə cinsə görə deyil, yaşa və çəkiyı görə də dəyişən bir amildir. Ümumi orta hesabla isə gün ərzində 2 litr su içmək metobalizmanızı sürətləndirərək sizi sağlam bir vücuda sahib edəcəkdir.

 

Həkim su azlığının hansı fəsadları yaratdığını da açıqlayıb. Bildirib ki, insanda gücsüzlük, halsızlıq və bədənin performansı sürətlə azalır, təzyiqin aşağı düşməsinə səbəb olur. Suyu az içdikdə qan öz axıcılığını itirir və qatılaşır:

"Odur ki, əgər bədəndə su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki digər bir funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir".

 

Uzman uroloq əlavə edib ki, su oynaqlarınızın sürüşkənliyini təmin edərək oynaq ağrılarının qarşısını alır. Bədəndə yığılan toksinlərin kənar edilməsinin ən yaxşı yolu – yenə də bol su içməkdir. Yeməkdən yarım saat əvvəl qəbul edilən su mədədə dolğunluq hissi yaradaraq daha az qida qəbul edilməsinə səbəb olur və deməli, kökəlmənin qarşısını alır. Suyun bütün bu faydalarını öyrəndikdən sonra kifayət qədər su içməmək bədənimizə edəcəyimiz haqsızlıq, sağlamlığımıza verəcəyimiz zərər olacaqdır.


"Bəzi ürək-damar problemləri olanlar, ağciyər problemi olan xəstələrdə məhdud miqdarda su içmə ola bilər", - deyə Samir Ağalarov bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev