Azərbaycanın ilk mama-ginekoloqu Adilə Şahtaxtinskaya - Dahi təbiblər
24.07.2023 10:17
"Dahi təbiblər" rubrikasında Azərbaycanın ilk mama-ginekoloqu, tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın Adilə Şahtaxtinskaya haqqında məlumatları təqdim edirik. 
 
Naxçıvanın məşhur Şahtaxtinskilər nəslinin maarifçi nümayəndələrindən biri olan Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində anadan olub. 
 
O, 1933-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb İnstitutunun Mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib.
 
1930-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın olub.
 
Alimin tədqiqatları əsasən qadın gigiyenasına, kəsilib götürülən uşaqlığın yumurtalıqlara təsirinə və eklampsiyaya həsr olunub.
  
Professor Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat edib.
 
TƏBİB
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev