“Özünü hepatitdən qoru!” mövzusunda təşviqat aksiyası keçirilib
22.07.2023 09:01

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə Hüseyn Cavid Parkında əhali üçün təşviqat aksiyası keçirilib.

 

Nazirlikdən Aztibb.az-q bildirilib ki, ictimaiyyət nümayəndələri və könüllülərin fəal iştirak etdiyi aksiyanın məqsədi əhalini hepatit virusları barədə məlumatlandırmaqdır.

 

28 iyul – Ümumdünya Hepatit Günü ərəfəsində keçirilən aksiyada iştirakçılara hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə lazımı məlumatlar verilib.

 

Vurğulanıb ki, xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır. Aksiya iştirakçılarına sağlamlığa məsuliyyətlə yanaşmaq, gigiyena qaydalarına riayət etmək, sağlam həyat tərzi seçmək tövsiyə olunub.

 

Aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır