Ağdam və Tərtərdə psixi sağlamlıq xidmətlərinin təkmilləşdirilməsi üzrə layihələr keçiriləcək
21.07.2023 13:13

TƏBİB, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində koordinasiya qrupunun ikinci görüşü keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, koordinasiya qrupunun yaradılmasının əsas məqsədi psixi sağlamlıq və psixososial dəstək xidmətlərinə cavabdeh olan bütün qurumları bir araya gətirmək və koordinasiya mexanizmlərini təkmilləşdirməkdir.

 

Təşkil olunan görüşdə TƏBİB, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin beynəlxalq təşkilatların və digər qurumların nümayəndələri daxil olmaqla koordinasiya qrupunun üzvləri tərəfindən psixi sağlamlıq və psixososial dəstək sahəsində fəaliyyət planının yaradılması və qurumlararası koordinasiyası müzakirə olunub.

 

Layihə çərçivəsində Ağdam və Tərtər rayonlarında ictimai kompaniyalar keçiriləcək.

 

Avqustun 3-də Ağdamda, avqustun 7-də isə Tərtərdə tədbirlər keçiriləcək.

 

Milli fəaliyyət planında TƏBİB-in tabeliyində olan tibb müəssisələrində psixi sağlamlıq xidmətlərinin təkmilləşdirilməsi məqsədilə əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.

 

Əhalinin maarifləndirilməsi məqsədilə qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası) ilə bağlı, 18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq imkanları məhdudluğu olan uşaqlarla işləyən, tibb təhsili olmayan işçilərin və həmin uşaqların valideynlərinin təməl psixoloji bilik və bacarıqlarının artırılması mövzusunda maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev