AQTA və AQTİ-nin əməkdaşlarından ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub
21.07.2023 11:07

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarından ibarət nümayəndə heyəti İtaliya Respublikasında səfərdə olub.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, səfər ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti tərəfindən həyata keçirilən “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı qısamüddətli sertifikat proqramı çərçivəsində təşkil edilib.

 

Nümayəndə heyəti səfər zamanı Bolonya Universitetinin kənd təsərrüfatı, qida və baytarlıq departamentlərində görüşlər keçirib, laboratoriyaların işi ilə tanış olub. Həmçinin müxtəlif şirkətlərdə elmi-tədqiqat qrupları ilə görüşlər keçirib. Səfərin sonunda iştirakçılara ADA Universitetinin və Bolonya Universitetinin sertifikatları təqdim edilib.

 

Qeyd edək ki, “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı sertifikat proqramının reallaşdırılmasında məqsəd iki ölkə arasında kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq və təcrübə mübadiləsi platforması yaratmaqdan ibarətdir. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev