Pediatr Yasəmən Məhərrəmova: "Körpələri 6 ayına qədər dəniz suyuna salmaq olmaz"
23.07.2023 10:46
Dəniz uşaqların ən çox sevdiyi əyləncə məkanıdır. Valideynlər bilməlidir ki, körpələri 6 ayına qədər dəniz suyuna salmaq olmaz, amma dəniz havasında gəzdirmək olar.
Aztibb.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi, pediatr Yasəmən Məhərrəmova bildirib ki, uşaqları dənizdə çimdirərkən suyun çirklilik dərəcəsi nəzərə alınmalıdır. Dəniz suyu duzlu olduğu üçün uşağı suda 20 dəqiqədən artıq saxlamaq olmaz. Uşağı sudan çıxaran zaman təmiz su ilə yuyub qurulamaq lazımdır. Sonra isə Günəş şüalarından qoruyan krem çəkilməlidir. Kremi uşağın bədəninə suya girməzdən 20 dəqiqə əvvəl və sudan çıxdıqdan sonra hər bir saatdan bir çəkmək lazımdır. Çimərliyə saat 11:00-a qədər və saat 17:00-dan sonra getmək lazımdır.
Onun sözlərinə görə, gündən qorunmaq üçün papaq, çətir, eynək, içməli su və meyvə tərəvəz, xarab olmayan məhsullar götürmək olar. Əksər uşaqlar dənizdə çimərkən dəniz suyunu udur, bununla baglı uşaqlarda qusma, ishal ,qızdırma halı müşahidə oluna bilər: “Bəzi uşaqların zəruri olan peyvəndləri almaması, onların immunitetinin aşagı olmasına gətirib çıxarır ki, nəticədə bu kimi hallar baş verir. Bu da ciddi mədə bagirsaq xəstəliklərinə, infeksiyalara səbəb olur”.
Pediatr qeyd edib ki, yay aylarında sərinləşdirici içkilər, dondurma istifadəsi zamanı Tonzillit infeksiyasına da tez-tez rast gəlinir. Bununla yanaşı, qida zəhərlənmələri, qida allergiyası, bagırsaq infeksiyaları kimi hallardan da uşaqları qorumaq lazımdır. Bunun üçün istifadə etdiyiniz qidaların saxlanma və istehsal tarixinə diqqət yetirilməlidir.
Mütəxəssis yay aylarında həşərat dişləməsinə də diqqət çəkib: "Atmosferin çirkliliyi ilə bağlı olaraq yaşadığımız dövrdə allergik xəstəliklərin artımı müşahidə olunur. Bu fonda həşərat dişləməsi də ciddi sağlamlıq problemi yaradır. Belə ki, bəzən hətta anafilaktik şok da yarada bilər. Bu zaman diqqət edəcəyimiz nüans həmin nahiyədə qızartı və şişkinliyin böyük, ağrının çox olması, halsızlıq, təzyiqin artması, səsin kallaşması, boğazda qıcıqlanma, qaşınma, bədənin digər nahiyələrində köpəşiklərin olmasıdır”.
Y. Məhərrəmova valideynləri uşaqlarını mütəmadi olaraq pediatr müayinəsinə gətirməyə çağırıb.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

