Azərbaycanda körpələrdə BCG peyvəndi ilə immunlaşdırma aparılır
20.07.2023 11:41
Azərbaycanda vərəm əleyhinə mübarizə tədbirləri çərçivəsində körpələrdə BCG peyvəndi ilə immunlaşdırma aparılır. BCG peyvəndi uşaq doğulduqdan sonra 12 saat ərzində doğum evində vurulur.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, vərəm bakteriyalar tərəfindən törədilən və ağciyərlərin zədələnməsinə səbəb olan xəstəlikdir. Vərəm mikrobları bədənin digər orqanlarını (böyrəkləri, onurğa beynini, beyini zədələyə bilər.
Vərəmin qarşısını almaq və müalicə etmək mümkündür. Buna baxmayaraq, vərəm dünyada ölümə səbəb olan xəstəliklərdən biri olaraq qalır.
 
Vərəm bəzi ağırlaşmalara səbəb ola bilər:
- Oynaqların zədələnməsi,
- Ağciyərlərin zədələnməsi,
- Sümüklərin zədələnməsi,
- Onurğa beyni, beyin və limfa vəzilərinin infeksiyası və zədələnməsi,
- Qaraciyər və böyrəklərin zədələnməsi,
- Ürək toxumalarının zədələnməsi.
 
Vərəm xəstəliyinin əlamətləri vərəm mikroblarının hansı orqanı zədələməsindən asılıdır. Ən çox rast gəlinən vərəmin ağciyər formasıdır və əlamətlərinə, əsasən, öskürək, bəlğəmli öskürək, sinə ağrısı, qızdırma, gecə tərləmələri və üşütmə, çəkinin azalması, zəiflik və s. aid edilir.
 
Vərəm infeksiyası hava-damcı yolu ilə öskürmə və ya asqırma zamanı yayılır. Nəfəs aldıqda havada olan vərəm mikrobları insanın ağciyərlərinə düşür, orada inkişaf edir və xəstəlik törədir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev