Stress test nədir?
20.07.2023 11:35
Stress test - pasiyentin ürəyinin iş yükünü hesablamağa imkan verir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının funksionalisti Nigar Rəhmətova bildirib ki, bu test ürəyi qidalandıran koronar arteriyalarda qan təchizatının pozulması olarsa, onu aşkar edir. Həmçinin pasiyentlər üçün lazım olan fiziki aktivliyin dərəcəsini və səviyyəsini təyin etməkdə həkimlərə kömək edir.
 
O, insanlara hansı hallarda və nə zaman stress test etmək lazımolduğunu açıqlayıb. Bildirib ki, bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə əsasən kardioloq stress testini təyin edir, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır.
 
Nigar Rəhmətovanın sözlərinə görə, stress testi ürək-damar sistemi xəstəliklərinin araşdırılması, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyinin aşkar edilməsini, sinədə olan ağrı və təngnəfəsliyin ürəklə bağlı olub olmamasını, aparılan müalicənin effektivliyinin təyin edilməsini, fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini, pasiyent kardio reabilitasiyaya və ya digər idman proqramına başlayarkən hansı səviyyədə bunu edəcəyini təyin edən müayinə üsuludur. Stress test istirahətdə EKQ-də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir. Radioaktiv indikatorlar vasitəsilə skan olunma – ürək tutmasını aşkar etmək üçün olunur. İnfarkt keçirmiş və ya keçirən, keçirmə riski olan xəstələr üzərində icra olunur.
 
"Test zamanı çəkilişlər həm ürək istirahət edəndə, həm də maksimum yüklənəndə, yəni stress halında çəkilir. Bununla da pasiyentin ürəyinin gərgin iş və yükə dözüb-dözməməsi təyin olunur və o əvvəlcədən ürəyi ilə işinin nə dərəcədə uzlaşdığını öyrənir. Həkim bu testə görə müalicə təyin edir, xəstəyə məsləhətlər verir, rejim seçir.
 
Ürəyi yoxlamaq üçün stress test adətən Tredmil adlanan qaçış zolağı üzərində, Veloerqometrlə və ya farmokoloji dərmanlarla aparılır", - deyə funksionalist əlavə edib..
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev