Stenokardiya tutması zamanı nə etməli?  
22.07.2023 14:20
Əgər döş qəfəsində tutma şəklində ağrı hiss edirsiniz, bu ağrı sol qola, kürək nahiyəsinə yayılırsa və bunun fonunda hava çatışmazlığı hiss edirsinizsə, bu hal ilkin stenokardiya əlamətidir.
 
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev Aztibb.az-a stenokardiya tutması zamanı etməli olduğumuz məqamları açıqlayıb.
 
Uzman həkim bildirib ki, əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallayıb oturmaq lazımdır.
 
Cabir Gülmalıyevin sözlərinə görə, stenokardiya tutması zamanı uzanmaq olmazş Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir. Olduğunuz yerə təmiz havanın daxil olmasına şərait yaradılmalıdır:
 
"1 həb (0,5 qr.) aspirin çeynəmək sizi sakitləşdirə bilər. Nitroqliserin (0,0005 qr.) həbini xəstənin dilinin altına qoyun (sprey şəklində də olar) və dərhal “təcili yardım” çağırın. Çünki bu, miokard infarktının əlaməti ola bilər".
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev