Jalə Cavadova: "Süni klimaks xarici təsirlərlə bağlı olaraq yumurtalıqların fəaliyyətinin dayanmasıdır"
21.07.2023 11:56
Respublika Perinatal Mərkəzin mama-ginekoloqu Jalə Cavadova klimaksla bağlı suallarımızı cavablandırıb.
Aztibb.az müsahibəni təqdim edir:
- Jalə həkim, klimaks nədir?
- Klimaks və ya menopauza - orqanizmin təbii "qocalma" prosesinin mərhələsidir, qadının cinsiyyət sisteminin aktivliyinin yaşla əlaqədar tədricən azalması ilə xarakterizə olunur. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Bəzi qadınlarda bu zaman sinir sisteminin, daxili orqanların, maddələr mübadiləsinin pozulması olur – klimakterik sindrom inkişaf edir.
Klimaks vaxtı yumurtahüceyrələrin miqdarı çox sürətlə azalır və menstruasiya dayandıqda tək-tük follikul qalır ki, sonradan onlar da itir.
Estrogenlər (qadın hormonları) orqanizmin bir çox hissələrinə – damarlara, ürəyə, sümüklərə, süd vəzlərinə, uşaqlığa, sidik-ifrazat sisteminə, dəri və baş beyinə təsir edir. Onların səviyyəsinin azalması klimaksın bir çox əlamətlərinin səbəbi hesab olunur. Klimaksın başlanması ilə əlaqədar, yumurtalıqda cinsi meylə cavabdeh olan testosteron hormonunun da sintezi azalır.
- Menopauza neçə yaşında başlayır və nə qədər davam edir?
Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir. Menopoauza siqaret çəkən, heç vaxt hamilə qalmayan və yüksək dağ şəraitində yaşayan qadınlarda vaxtından tez başlayır.
Menopauza ilə əlaqədar hormonal dəyişikliklər, sonuncu aybaşı qanaxmasından 4-5 il əvvəl başlayır ki, bu dövrə də premenopauza deyilir. Qadınlar klimaksın ilk əlamətlərini özlərində, hətta normal menstruasiya olduqda da hiss edə bilərlər. Premenopauza dövrünü və ondan sonrakı bir ili "perimenopauza" adlandırırlar.
- Erkən klimaksın əlamətləri nələrdir?
- 40 yaşı tamam olmayan qadınlarda menopauza simptomları yarandıqda, erkən və ya vaxtından tez başlayan klimaksdan söhbət gedə bilər. Erkən menopauza 15 yaşdan 39 yaşadək istənilən yaşda inkişaf edə bilər. Erkən klimaksın ilk əlaməti hormonal tənzimləmənin pozulmasından irəli gələn qeyri-mütəmadi menstrual qanaxmalardır.
Erkən klimaksın qarşısını almaq üçün balanslaşdırılmış həyat tərzi keçirmək, reproduktiv orqanların sağlamlığına nəzarət etmək, ildə ən azı 1 dəfə mama-ginekoloqun müayinəsində olmaq, qarın boşluğunun travmalarından uzaq olmaq, az travmatik cərrahi müalicə üsullarına üstünlük vermək məsləhət görülür.
- Doktor, bəs süni kilmaks haqda nə deyə bilərsiz?
- Süni klimaks xarici təsirlərlə (bədxassəli xəstəliklərin kimya terapiyası və ya radioterapiyası, yumurtalıqların və uşaqlığın cərrahi yolla xaric edilməsi, yumurtalıqların fəaliyyətinə təzyiq göstərən dərmanlardan istifadə edilməsi) bağlı olaraq yumurtalıqların fəaliyyətinin dayanmasıdır.
Bu bölməyə aid digər xəbərlər
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
İİV-lə bağlı stiqma xəstələrdə diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir - Müsahibə
11.09.2026 | 14:52
Dəridə səpgilər nədən xəbər verir?
07.09.2026 | 10:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

