ABŞ-ın Georgetown Universitetinin Tibb Mərkəzinin professoru ATU-nun qonağı olub  
20.07.2023 09:10

Azərbaycan Tibb Universitetində ABŞ-ın Georgetown Universitetinin Tibb Mərkəzi, Farmakologiya və Fiziologiya kafedrasının professoru Yuichiro Justin Suzuki ilə görüş keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, görüş zamanı qonağa Azərbaycanda tibb elminin və tibb təhsilinin inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, həmçinin, ATU-dakı tədris prosesi, universitetin beynəlxalq əlaqələri barəsində ətraflı məlumat verilib.

 

Professor Yuichiro Justin Suzuki də öz növbəsində ATU rəhbərliyinə diqqət üçün təşəkkür edib. Görüşdə ABŞ-ın Georgetown Universiteti ilə ATU arasında gələcək əməkdaşlıq, birgə elmi araşdırmaların aparılması və digər məsələlər barəsində müzakirə olunub.

 

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev, eləcə də Sitologiya, Embriologiya və Histologiya kafedrasının dosenti Günel Əyyubova və b. iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır