Mərkəzi Gömrük Hospitalında invaziv kardiologiyanın inkişafı ilə əlaqədar daha bir YENİLİK  
19.07.2023 10:31
Mərkəzi Gömrük Hospitalında invaziv kardiologiyanın inkişafı ilə əlaqədar daha bir yenilik tətbiq edilib. Belə ki, Hospitala gətirilən yeni cihazla kreatini yüksək olan xəstələrdə kontrast maddə verilmədən özəl cihazla karbondioksit qazı vasitəsilə ayaq damarlarının angioqrafik və angioplastikası mümkün olub və artıq bu əməliyyatlar Hospitalda icra olunmağa başlayıb.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, əməliyyat müəssisənin şöbə müdiri, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlunun komandası tərəfindən həyata keçirilib.
 
Xatırladaq ki, əvvəllər kreatini yüksək olan xəstələrə kontrast maddə verilməsi mümkün deyildi, angioqrafiya gecikirdi və bununla əlaqədar olaraq, ayaq perifer amputasiyaları həyata keçirilirdi. Bu gün artıq heç bir kontrast maddə istifadə olunmadan – sadəcə özəl cihaz və kateter vasitəsilə karbondioksit yeritməklə ayaqlardakı periferik damarlar görüntülənir və buna uyğun olaraq angioplastika və ya stent inplantasiyası icra edilir. Hazırda bu yenilik Hospitalda aktiv şəkildə istifadə olunur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev