Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pediatrik Təkmil Həyat Dəstəyi kursu təşkil olunub  
20.07.2023 08:25
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pediatrik Təkmil Həyat Dəstəyi (Pediatric Advanced Life Support (PALS)) kursu keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, t.ü.f.d. Lətif Zeyniyevin iştirakçılara uğurlar arzulayıb.
 
Təlim Amerika Ürək Assosiasiyasının (AHA) ACLS, BLS, PALS üzrə beynəlxalq sertifikatlı təlimçiləri həkim Könül İsmayılova və Sevinc Muxtarova tərəfindən aparılıb.
 
Təlimdə uşaqlarda təcili və təxirəsalınmaz klinik halların idarə olunması, klinik alqoritmlərin tətbiqi, respirator çatışmazlıq hallarının menecmenti, obstruktiv, hipovolemik və kardiogen şoklarda təxirəsalınmaz yardım, aritmiyaların diaqnostikası və menecmenti, ürək dayanması, bradi- və taxiaritmiyaların müalicəsi, EKQ-nin əsasları və s. kimi mövzularda geniş məlumat verilib, bu istiqamətdə praktik tətbiqetmə-simulyasiya təcrübələri həyata keçirilib.
 
2 gün davam edən kurs nəzəri və praktiki qaydada aparılıb.
 
Kursu uğurla bitirən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub