"Ölümcül hesab edilən hepatit C virusundan 3 aylıq müalicə kursu ilə tam sağalmaq mümkündür" - Hepatoloq
22.07.2023 10:01
Hepatitlərin tam müalicəsi vaxtında və düzgün müalicə taktikası seçmək şərti ilə mümkündür. Ölümcül hesab edilən hepatit C virusunun belə 3 aylıq müalicə kursu ilə tam sağalmasına nail olunur.
 
Bunu Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərov bildirib.
 
Onun sözlərinə görə, burada əsas məqam hepatitlərin erkən dövrdə aşkarlanması və müalicə istiqamətinin düzgün seçilməsidir. Nəzərə alsaq ki, hepatitlər təsadüfi müayinələr zamanı aşkarlanır, bunun üçün vaxtaşırı tibbi müayinələrdən keçmək məsləhətdir.
 
Tofiq Əkbərov hepatitdən qorunmağın yollarını da açıqlayıb. Qeyd edib ki, hepatit C 3 həftəyə qədər xarici mühütdə yaşaya bilir. Bunları nəzərə alaraq hər kəs şəxsi gigiyena qaydalarına riayət etməlidir. Bu virus xüsusən qan təması ilə yoluxduğundan mümkün qədər qan təmasından qaçmaq lazımdır. Bundan başqa, ortaq cızıcı, kəsiki, deşici alətlərdən istifadə yol verilməzdir. Bu alətlər şəxsi olmalıdır.
 
"Stomatoloji kabinetdə, gözəllik salonlarında, dializ, talassemiya xəstələrində qan təması mümkün olduğu üçün sterilliyi təstiqlənmiş məkanlara üz tutun. Bir iynədən inyeksiya məqsədli bir neçə şəxsin istifadəsi yol verilməzdir. Ailədə bir neçə nəfər şəkər xəstəsidirsə, bir iynədən istifadə etmək olmaz. Ailədə bir nəfərdə Hepatit varsa, qab-qaşığı ayırmaq, təmasdan qaçmaq, uşaqları həmin şəxslərdən uzaqlaşdırmaq etik cəhətdən düzgün deyil. Bu, onlara psixoloji cəhətdən mənfi təsir edər", - deyə hepatoloq bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev