Stabil və proqressivləşən STENOKARDİYA
21.07.2023 15:26
Stenokardiya - ürək əzələsinin kəskin qan dövranı və oksigen çatışmazlığı səbəbi ilə baş verən ürəyin işemik xəstəliklərindəndir.
 
Bu barədə  Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib.
 
Uzman həkim qeyd edib ki, stenokardiyanın iki klinik forması vardır: stabil (sabit) və qeyri stabil (proqressivləşən). Stabil stenokardiya növü fiziki yüklənmə nəticəsində özünü büruzə verir. Stabil stenokardiya tutması 15 dəqiqədən az davam edir, vəziyyətdən çıxmaq üçün sakit dayanmaq və 1 tablet nitroqliserin (dil altına) köməyinizə yetə bilər. Fiziki gərginlik, təzyiqin yüksəlməsi, sol qola, boyuna, çənəyə irradiasiya edən ağrı - əsas şikayətlərdəndir.
 
Onun sözlərinə görə, proqressivləşən (qeyri-stabil) stenokardiya növü, hətta sakit vəziyyətdə belə yarana bilər. Stabil stenokardiyadan fərqli olaraq, qeyri-stabil stenokardiya tutmaları daha uzunmüddətli olarsa, bu halda tutmanı aradan qaldırmaq üçün adətən, bir neçə nitroqliserin tableti (3-dən artıq olmayaraq) köməyinizə çata bilər. Lakin diqqət edin ki, bir neçə dəqiqə aralıqla qəbul edəsiniz.
 
Cabir Gülmalıyev əlavə edib ki, proqressivləşən stenokardiyanı kəskin koronar çatışmazlıq, infarkt önü vəziyyət və aralıq koronar sindrom da adlandırırlar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev