Günvurmadan qorunmaq üçün bunları edin! Könül Bənənyarskayadan tövsiyələr
20.07.2023 15:21
Yay aylarında çox rast gəldiyimiz hallardan biri də günvurmadır. Günvurma günün çox hissəsini açıq havada keçirdikdə, günəş şüaları altında fasiləsiz fiziki işlə məşğul olduqda baş verir. Xüsusilə, uşaqların, 60 yaşdan yuxarı şəxslərin, xroniki xəstəliklərdən əziyyət çəkən insanların günvurmaya daha çox məruz qalması müşahidə olunur. Amma istidən qorunma tədbirləri təkcə bu şəxslərə yox, eyni zamanda, tam sağlam insanlara da aiddir.
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya məlumat verib.
Həkim bildirib ki, günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır – yüngül, orta və ağır. Yüngül dərəcədə rast gəlinən şikayətlərdə ürəkbulanma, ürək döyüntülərinin sayının artması, göz bəbəklərinin genişlənməsi, yüngül təngnəfəslik və baş ağrıları müşahidə edilir. Orta dərəcə daha kəskin baş ağrıları, qusma, qulağın batması, yüksək halsızlıq, bədən temperaturunun artması, huşitirmə halları ilə müşahidə olunur. Ağır dərəcəli günvurmada isə kəskin halsızlıq, bədən temperaturunun 40-41 dərəcəyə qalxması, qarabasmaların olması, hətta komaya düşməsi də müşahidə oluna bilər. Bundan başqa, günvurma əlamətlərində temperaturun yüksəlməsindən əlavə qızarmış quru dəri, huşun itməsi, zəif nəbz, ürək ritmi və tənəffüs pozğunluğu müşahidə olunur.
Onun sözlərinə görə, günvurma zamanı orqanizmdə hərarət artır, tərləmə sürətlənir, qanın maye hissəsi azalır, arterial təzyiq enir. Arterial təzyiq endiyi üçün beyində qan dövranında pozulmalar əmələ gəlir ki, bu da özünü baş gicəllənmə, göz qabağında qaraltılar, qarabasmalar kimi hallarla büruzə verir.
Könül Bənənyarskaya qeyd edib ki, günvurma zamanı təcili tibbi yardım gələnə kimi ətrafdakıların göstərdiyi yardım, ilk növbədə, günəş təsirinə məruz qalmış insanı sərin və kölgə yerə çəkmək olmalıdır: “Üst geyimləri varsa, onları yüngülləşdirmək lazımdır. Bədən temperaturunu aşağı salmaq üçün boyun, qol altı, qasıq nahiyələrə soyuq kompreslər qoymaq lazımdır. Xəstəyə sərin su verilməlidir. Əgər xəstə huşunu itiribsə, ona naşatır spirti iylətmək, tənəffüsdə, ürəkdə problem varsa, süni tənəffüs və qapalı masaja keçmək lazımdır”.
Terapevt günvurmadan qorunmaq üçün məsləhətlərini də verib: “İnsanlar günəş şüaları altında çox qalmamağa çalışmalıdır, əgər hansısa işlə bağlı bu zərurət yaranarsa, mütləq şəkildə papaq, baş örtükləri, çətir kimi qoruyucu vasitələrdən istifadə etməlidirlər. Həmin şəxslər yanlarında sərin su gəzdirməlidirlər, gün ərzində qəbul edilən mayenin miqdarı normadan çox olmalıdır. Vətəndaşlara tövsiyə olunur ki, günün qızmar vaxtlarında – saat 12:00 – 17:00 arası açıq günəş şüalarının düşdüyü yerdə olmasınlar. Çimərliklərdə saat 11-ə qədər və 16-dan sonra olmaq məsləhətlidir”.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

