Məlhəm Beynəlxalq Hospitalına mediatur təşkil olunub
18.07.2023 15:15

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Məlhəm Beynəlxalq Hospitalına mediatur təşkil olunub. Mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, səfər çərçivəsində mediatur iştirakçıları Məlhəm Beynəlxalq Hospitalında reanimasiya, əməliyyatxana, təcili tibbi yardım, laboratoriya, radiologiya, kardiologiya, poliklinika, qadın xəstəlikləri və doğum şöbələrində olublar. Hospitalın icraçı direktoru Sevda Əlizadə mediatur iştirakçılarına xəstəxanada icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində göstərilən tibbi xidmətlər barədə danışıb: “Məlhəm Hospitalında icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin avqust ayından başlanılıb. Göndəriş vasitəsilə hospitala icbari tibbi sığorta çərçivəsində tibbi xidmət almaq üçün müraciətlər əsasən ürək-damar cərrahiyyəsi, kardiologiya, oftalmologiya, travmatologiya, invaziv radiologiya, urologiya və s. tibbi sahələr üzrə olur.

 

İcbari tibbi sığorta çərçivəsində xəstəxanada 2022 və 2023-cü illər ərzində 1900-a yaxın cərrahi əməliyyat icra olunub. Bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, ginekoloji, uroloji, neyrocərrahiyyə, invaziv kardioloji, invaziv radiologiya, endoprotezləşdirmə, ürək-damar sistemində aparılan əməliyyat və prosedurlar yer alır”.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur: “2022-ci ildə hospitalda 433 tibbi xidmət göstərilib. 2023-cü ilin bu gününə olan göstəricilərə görə isə vətəndaşlar 6 min 354 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 2 min 286-sı ambulator, 4 min 68-i stasionar şəraitdə göstərilib. Qeyd edim ki, agentliyin məqsədi vətəndaşlar üçün tibbi xidmətləri əlçatan etmək, sığorta çərçivəsində daha çox xidmətdən yararlanmalarını təmin etməkdir. Agentlik dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri effektiv qurulan göndəriş sistemi vasitəsilə özəl tibb müəssisəsində də mümkün edir. Hazırda müqaviləli tibb müəssisələrinin sayı 126-dır”.

 

Mediatur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan vətəndaşı ziyarət edib, rəyini öyrəniblər.

 

Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri hospitalda oftalmoloji müayinədən keçiblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır