ABŞ-ın Georgetown Universitetinin Tibb Mərkəzinin professoru ATU-nun qonağı olub
17.07.2023 19:16

Azərbaycan Tibb Universitetində (ATU) ABŞ-ın Georgetown Universitetinin Tibb Mərkəzi, Farmakologiya və Fiziologiya kafedrasının professoru Yuichiro Justin Suzuki ilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüş zamanı qonağa Azərbaycanda tibb elminin və tibb təhsilinin inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, həmçinin ATU-dakı tədris prosesi, universitetin beynəlxalq əlaqələri barəsində ətraflı məlumat verilib.

 

Professor Yuichiro Justin Suzuki də öz növbəsində ATU rəhbərliyinə diqqət üçün təşəkkür edib. Görüşdə ABŞ-ın Georgetown Universiteti ilə ATU arasında gələcək əməkdaşlıq, birgə elmi araşdırmaların aparılması və digər məsələlər barəsində müzakirə olunub.

 

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev, eləcə də Sitologiya, Embriologiya və Histologiya kafedrasının dosenti Günel Əyyubova və b. iştirak ediblər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”