Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu - Nazilə Hüseynova
17.07.2023 17:17
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə yüksəkixtisaslı həkim, balaca pasiyentlərinə qarşı diqqətcil olan pediatr-neonatoloq Nazilə Hüseynovanı təqdim edirik.
 
O, 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb və 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada uşaq endokrinologiyası ixtisası üzrə internatura keçib.
 
Nazilə Hüseynova 2011-2016-cı illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-neonatoloq kimi çalışıb. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.
 
Həkim Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya kimi xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur. 
 
Daim beynəlxalq konfrans, seminar və təkmilləşdirmə kurslarında iştirak edən Nazilə Hüseynova tibb elminin nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir. O, 2011-ci ildə Türkiyə Türçesi Eğitim Öğretim Mərkəzinin pediatriya sahəsi üzrə təkmilləşdirmə kursunda, 2012-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Xəstəxanalar Qrupunda neonatologiyada intensiv terapiya və reanimasiya kursu üzrə təlimdə, 2019-cu ildə Bakı şəhərində ATU-nun və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda iştirak edib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır