Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabi hallarını 23 faiz azaldır
15.10.2020 17:30

Hər il 15 oktyabr Ümumdünya Əl Yuma Günü kimi qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) məlumatına görə, bu gün Ümumdünya Əl Yuma Tərəfdaşlığı tərəfindən təsis edilib. İlk Ümumdünya Əl Yuma Günü 2008-ci il 15 oktyabrda keçirilib, dünyanın 120 milyondan çox uşağı 70-dən çox ölkədə əllərini sabunla yuyub.

 

Ümumdünya Əl Yuma Günü xəstəliklərin qarşısını almaq və sağlam həyat formalaşdırmaq üçün asan, təsirli və əlverişli bir vasitə olan sabunla əl yuma vərdişini insanlara aşılamaq üçün illik ümumdünya məlumatlandırma günüdür.

 

Əllərinizi sabunla yuyun: Yoluxucu xəstəliklərin 80 faizi təmasla ötürülür.

 

Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabi hallarını 23 faiz azaldır.

 

Əllər təmiz olduqda mikroblar daha tez məhv olur, çirkli əllərdə isə 95 faiz hallarda çoxalır.

 

Əllərin təmiz olması üçün onların sabunla yuyulması mütləqdir.

 

Birinci dəfədə dəri üzərindən mikroblar gedir, ikinci yumada isə açılmış məsamələr təmizlənir.

 

Qeyd edək ki, bu il pandemiya dövründə “Ümumdünya Əl Yuma Günü” “Hər kəs üçün əl gigiyenası” mövzusuna həsr olunub. Pandemiya dövründə virusdan qorunmaq üçün əlləri yumağın vacibliyi hər zaman vurğulanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır