15 oktyabr Süd vəzi xərçəngi ilə Ümumdünya Mübarizə Günüdür
15.10.2020 17:24

15 oktyabr Süd vəzi xərçəngi ilə Ümumdünya Mübarizə Günüdür.  

 

Aztibb.az hər il oktyabrın bu günü dünyanın bir çox ölkəsində Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü qeyd olunur.

 

Bu günün və aylığın keçirilməsi ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan edilib.

 

Bu günlə bağlı bütövlükdə oktyabr ayında süd vəzi xərçənginə qarşı mübarizə aylığının keçirilməsi ənənə halını alıb. Azərbaycanda da  bu günlə bağlı ay ərzində bir sıra aksiyalar, tədbirlər keçirilir.

 

Süd vəzi xərçəngi onkoloji qadın xəstəlikləri sırasında birinci yeri tutur və bu problemdən əziyyət çəkənlərin sayı ildən-ilə artır.

 

Hətta bu problemə kişilər arasında da rast gəlinir.

 

Xəstəliklə mübarizənin əsas yolu erkən diaqnoz və erkən müalicə hesab olunur. İlkin mərhələdə aşkarlanan süd vəzi xərçəngi tamamilə aradan qaldırılır.

 

Qeyd edək ki, hər il dünyada milyonlarla qadında bu xəstəlik aşkarlanır. Dünyada hər 8 qadından birində süd vəzi xərçənginin olduğu bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır