Övladlarını qucaqlarına alan Vətən müharibəsi iştirakçıları minnətdarlıq ediblər
16.07.2023 09:41

Bu günlərdə II Qarabağ müharibəsi iştirakçısı olmuş qəhrəmanlarımızdan olan Məhəmməd Bayramovun ilk, digər qəhrəmanımız Vidadi Məmmədovun isə ikinci övladı dünyaya gəlib.

 

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə Vətən Müharibəsi iştirakçılarının həyat yoldaşlarına tibbi sığorta ilə xidmət götərilmiş, igidlərimizin ailələri üçün “Xidmətlər Zərfi”nə daxil olmayan və ödənişli əsaslarla göstərilən bir sıra tibbi xidmətlər ödənişsiz həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Dünyaya yeni göz açan körpələr Vətən Müharibəsi iştirakçısı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Məhəmməd Bayramova və Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Vidadi Məmmədova və onların ailələrinə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə keçirilən tədbirlərlə təmtəraqalı şəkildə təqdim olunub.

 

Vətən müharibəsi iştirakçıları Vidadi Məmmədov və Məhəmməd Bayramov ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır