Dializ xidmətlərinin təkmilləşdirilməsi üzrə dövlət-özəl tərəfdaşlığı müzakirə olunub
15.07.2023 20:19

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən gün Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa üzrə dövlət-özəl tərəfdaşlığı (DÖT) Proqramlarının rəhbəri xanım Mehita Fanninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, aidiyyəti departamentlərin rəhbərləri, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, İnvestisiya üzrə eksperti Aknur Jumatova iştirak edib.


Görüşün əsas məqsədi səhiyyədə DÖT layihələri üzrə əməkdaşlığın cari vəziyyəti və inkişaf prespektivləri, xüsusilə də ölkədə dializ xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı təklifin müzakirəsindən ibarət olub.

 

Dializ sahəsində dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihənin detalları müzakirə olunub.

 

Eləcə də əməkdaşlığın prioritet istiqamətləri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə fikir mübadiləsi aparıblar.

 

Vüqar Qurbanov ölkəmizdə maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa toxunaraq, qurumun səhiyyə sahəsində də maliyyə-texniki dəstək göstərilməsi təşəbbüsünü yüksək qiymətləndirib.

 

Mehita Fanni Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər, eləcə də səhiyyə sahəsində əməkdaşlıq barədə məlumat verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır