Gənc uzman həkim Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərəcək
15.07.2023 11:00

Daha bir gənc uzman həkim Gəncə Şəhər Birləşmiş Xəstəxanasını seçib.

 

Aztibb.az-ın xəbərinə görə, Mehrəliyev Vüsal Tanrıverdi oğlu Abbas Səhhət adına xəstəxananın Terapiya şöbəsində həkim-terapevt vəzifəsinə təyinat alıb.

 

O, 1991-ci ildə Cəbrayıl rayonu Soltanlı kəndində anadan olub. 2008-2014-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika ixtisası üzrə ali təhsil alıb. 2014-2017-ci illərdə Bakı şəhəri Kliniki Tibbi Mərkəzdə Fizioterapiya və Tibbi bərpa ixtisası üzrə həkim-rezident, 2017-2018-ci illərdə Bakı şəhəri 18 saylı Poliklinikada Fizioterapiya və Tibbi bərpa ixtisası üzrə həkim-mütəxəssis vəzifəsində çalışıb.

 

Vüsal həkim 2018-2022-ci illərdə Türkiyə Aydın Adnan Menderes Universitetində daxili xəstəliklər (terapiya) ixtisası üzrə təhsilini davam etdirərək, 2022-ci ildə uzman həkim diplomuna yiyələnib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır