Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş intellektual oyun keçirilib
15.07.2023 10:37

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları arasında intellektual yarış keçirilib.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri, tibb xidməti general-mayoru Ceyhun Məmmədov breyin-rinq yarışının Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirildiyini bildirib. 2023-cü ildə Ulu öndər Heydər Əliyev ili elan edilməsi çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər barədə danışıb.

 

C.Məmmədov çıxışı zaman Ulu Öndər Heydər Əliyevin səhiyyə sistemi ilə yanaşı, gömrük sisteminin yaradılması və inkişafı istiqamətində olan xidmətləri, bu gün bütün sahələrdə təməli Ümumilli Lider tərəfindən qoyulmuş siyasətin möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla, əzm və peşəkarlıqla davam etdirildiyini qeyd edib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

 

Mərkəzi Gömrük Hospitalında keçirilən tədbirdə “Şuşa”, “Xəmsə”, “Döyünən Ürəklər”, “Şəfqət” və “Xəzinə” komandalar mübarizə aparıblar. Yarışda birinci turun sualları Ulu öndər Heydər Əliyevə, ikinci turun sualları “Heydər Əliyev və Azərbaycanda gömrük xidməti” və üçüncü turun sualları ümumi mövzulara həsr edilib.

 

Yarışın nəticələrinə görə “Xəmsə” komandası birinci yerin, “Döyünən ürək” komandası ikinci yerin və “Şuşa” komandası üçüncü yerin qalibləri olublar.

 

Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev