Gürcüstanda yeni məhdudiyyətlər tətbiq olunacaq
15.10.2020 16:38

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda yeni məhdudiyyətlər tətbiq olunacaq. Oktyabrın 16-dan etibarən paytaxt Tbilisidə və İmereti bölgəsində restoran və bütün əyləncə mərkəzləri saat 22:00-dək fəaliyyət göstərəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, bu məhdudiyyətlər koronavirus infeksiyasının yayılmasını azaltmağa imkan verəcək.

 

Hökumət başçısı deyib ki, yaxın günlərdə ölkədə COVID-19-a sutkalıq yoluxma sayının 1000-i ötəcəyi gözlənilir.

 

“Dünyada virusun qarşısını almaq üçün sərt məhdudiyyətlərdən başqa vasitə mövcud deyil”, – deyə Qaxariya vurğulayıb.

 

Gürcüstanın Baş Naziri, eyni zamanda, dövlət və özəl müəssisələrin rəhbərinə müraciət edib.

 

Hökumət başçısı işəgötürənləri işçiləri imkan daxilində distant iş rejiminə keçirməyə çağırıb.

 

Bildirib ki, mümkün olan yerlərdə məsafədən işləmək imkanları yaradılmalıdır: “Biz əməkdaşların qayğısına qalmalı və onların sağlamlığını qorumalıyıq”.

 

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda yeni antirekord qeydə alınıb. Son 24 saat ərzində ölkədə 919 nəfər koronavirusa yoluxub. Onların da 366-sı paytaxt Tbilisidə, 286-sı Acarıstanda, 104-ü isə İmereti bölgəsində qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır