Qalxanabənzər vəzi xəstəlikləri: el arasında “Zob” adlandırdığımız vəziyyət nə zaman yaranır?
17.07.2023 08:47
Qalxanabənzər vəzi (tiroid) qırtlaq qığırdağının ön hissəsində yerləşən vəzi olub orqanizmin ən böyük endokrin orqanlarından biridir. Orqanizmin metabolik proseslərini tənzimləyən tiroid hormonlarını sintez edir. Vəzin bir çox xəstəlikəri içində ən çox rast gəlinəni Hipotireoz və Hipertireozdur.
 
Aztibb.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 3 nömrəli Ailə Sağlqamlıq Mərkəzinin ailə həkimi, pediatr Səbinə Abasquluzadə bildirib ki, hipotireoz vəzin funksiyasının zəifləməsi deməkdir. Fiziki inkişaf geriliyi, cinsi inkişaf pozulmaları (aybaşı düzənsizliyi), əqli inkişafda geriləmə, dərslərində zəifləmə, yorğunluq, halsızlıq, qəbizlik, saç tökülməsi, dəri quruluğu, daha çox üzdə, dildə şişkinlik, hipotermiya (bədən temperaturunun aşağı olması) əlamətlərləri özünü büruzə verir.
 
Hipertireoza gəldikdə isə, həkim qeyd edib ki, vəzin funksiyasının normadan artıq olması nəticəsində tiroid hormonları artıq miqdarda sintez olunub qan dövranına qoşulur və aşağıdakı əlamətlərlə özünü göstərir: “Əsəbilik, ürək döyünmə, yuxusuzluq, halsızlıq, tərləmə, əllərdə əsmə, əzələ zəifliyi, iştahanın artmasına baxmayaraq çəki itkisi, ishal, guatr (qalxanabənzər vəzin gözəçarpan şəkildə böyüməsi), ekzooftalm (göz almasının irəli gəlməsi) əsas əlamətlərdir”.
 
Onun sözlərinə görə, Guatr, yəni zob vəzin ölçüsünün böyüməsi deməkdir. Xəstəliyin səbəblərinə gəldikdə isə S. Abasquluzadə vəziyyəti belə izah edib: “Tiroid hormon ehtiyacının artdığı zaman vəzin hormon sintez etmə qabiliyyətinin azalması zamanı ola bilər. Çoxsaylı düyünlər də vəzin ölçüsünü böyüdə bilər. Ya da əksinə zəhərli zob zamanı vəzin fəaliyyəti normadan artıq olduğu zaman vəzin ölçüsü belə böyüyə bilər. Deməli, vəzin olçüsü həm funksiyasının zəifləməsi, həm də artması zamanı böyüyə bilər.
 
Pediatr belə hallar müşahidə olunduğu zaman ətraflı müayinənin vacibliyini bildirib: “İlk olaraq, pasiyentin şikayətlərini (anamnez) dinləmək, tiroid vəzin hormonlarını yoxlatmaq və vəzi USM (Ultrasəs müayinəsi) elətdirmək lazımdır. Ehtiyac olarsa ssintinqrafiya və incə iynə biopsiyası da edilə bilər”.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev