İsmayıl Əfəndiyev ÜST-nin dərc etdiyi təlimatın həmtərtibçisi seçilib
13.07.2023 09:53
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, toksikoloq, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Toksikoloji mərkəzlər zəhərlənmələrin qarşısının alınması və kimyəvi maddələrin təhlükəsiz idarə edilməsi üçün vacib vahid kimi” adlı təlimatının həmtərtibçisi olub.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, zəhərlənmələr qlobal ictimai səhiyyənin aktual problemidir. Toksikoloji mərkəzlər Beynəlxalq Səhiyyə Qaydalarının həyata keçirilməsində mühüm rol oynayır.
 
Nəşr olunmuş ÜST vəsaiti toksikoloji mərkəzlərin kimyəvi maddələrin törətdiyi xəstəliklərin qarşısının alınması üzrə potensialının artırılmasına, yeni növ ksenobiotiklər barəsində məlumat bazalarının yaradılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə, laborator imkanların genişləndirilməsinə və kliniki toksikologiyanın digər aktual məsələlərinə həsr olunub.
 
Təlimat ÜST-nin rəsmi saytında dərc olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev