Təhlükəsiz abortlar və onların fəsadları 
15.07.2023 11:47
Abort – hamiləliyin 22-ci həftəsinə qədər və ya dölün çəkisi 500 qrama qədər olduğu müddətdə hamiləliyin pozulmasıdır. İxtisaslı tibb işçisi tərəfindən sanitar-gigiyenik qaydalara riayət etməklə, düzgün metodikadan istifadə etməklə icra olunan abort təhlükəsiz abort hesab olunur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri Roza Şirinova bildirib.
 
Həkim qeyd edib ki, təhlükəsiz abortların iki növü mövcuddur: medikamentoz abort və cərrahi abort. Medikamentoz abort hamiləliyin süni pozulması məqsədilə farmakoloji vasitələrin istifadəsi ilə aparılır. Cərrahi abort isə hamiləliyin süni pozulması məqsədilə transservikal prosedurların tədbiqi ilə (elektrik və əl ilə vakum – aspirasiya ) aparılır.
 
Roza Şirinovanın sözlərinə görə, hamiləliyin müddətindən asılı olaraq erkən və gec abortlar ayırd edilir. Erkən abortlar I trimestrdə hamiləliyin 12- ci həftəsinə qədər aparılır. Gec abortlar – hamiləliyin II trimestrdə 12-22 həftələri arasında aparılan abortlardır. Hamiləliyi süni pozmaq qərarı verən hər bir qadın bu haqda məlumatlı razılığı imzalamalıdır.
 
Şöbə müdiri bildirib ki, medikamentoz abort iki növ həbdən istifadə etməklə hamiləliyin pozulması yoludur. Medikamentoz abort tibbi müayinədən sonra və yalnız həkimin nəzarəti altında aparılmalıdır:
 
Təəssüflər olsun ki, son zamanlar qadınlarımız tibbi müayinədən, USM müayinədən keçməmiş özbaşına əczaxanalardan bu həbləri alıb həkim nəzarəti olmadan qəbul edirlər və nəticə heç də hər zaman arzuolunan olmur. Qadınlar güclü qanaxma, ürəkbulanma, qıcolma kimi şikayətlərlə xəstəxanaya müraciət edirlər. Hətda bu həblərdən həkim nəzarəti olmadan istifadə etdikdə acı sonluqla, ana ölümü ilə də nəticələnə bilər. Buna görə qadınlarımız ailə planlaşdırılması haqqında məlumatlı olmalıdırlar. Ölkəmizin bütün bölgələrində Ailə Sağlamlıq Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə fəaliyyət göstərən ailə həkimi mama-ginekoloqları qadınlarımız arasında arzuolunmaz hamiləliklərin baş verməməsi üçün Ailə planlaşdırılması, hamiləlikdən qorunma üsulları haqqında ailələr arasında daima təbliğat işləri aparırlar".
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev