Tibb üzrə fəlsəfə doktoru Hafiz Ağayev - Peşəkar həkimlərimizi tanıyaq!
12.07.2023 11:40
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 iyun 2023-cü il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri həkim-nefroloq Ağayev Hafiz Ağalar oğludur. O, hazırda TƏBİB-in tabeliyindəki Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında fəaliyyət göstərir.
 
Aztibb.az xəbər verir ki, Hafiz Ağayev 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1988-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1994-1995-ci ildə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında internatura keçəndən sonra həkim-nefroloq kimi fəaliyyətə başlayıb.
 
O, 2006-ci ildə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
 
Dəfələrlə urologiya və nefrologiya sahəsi üzrə müxtəlif kurslarda iştirak edib, 2011-ci ildə Berlin/Bakı Təhsil Proqramı çərçivəsində Humbolt klinikasında 3 aylıq nefrologiya üzrə kurs keçib.
 
Hafiz Ağayev 2022-ci ildən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Hemodializ şöbəsinin müdiri və həkim-nefroloq kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır