Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda telesəhiyyə xidmətlərinin tətbiqi üzrə pilot layihə davam edir
12.07.2023 11:38
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda telesəhiyyə xidmətlərinin tətbiqi üzrə pilot layihə davam edir.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, kompyuter və telekommunikasiya texnologiyalarının istifadəsi ilə tibbi informasiyaların mübadiləsinə imkan verən telesəhiyyə dünyada səhiyyə sisteminin ən sürətlə inkişaf edən seqmentlərindən biridir. Bu pilot layihəyə telesəhiyyənin onlayn həkim məsləhəti, xəstələrin vəziyyətinə distansion tibbi nəzarət kimi xidmətləri daxil edilib.
 
Hazırda institutun həkimləri üçün "Salam Doktor" platformasından telesəhiyyənin istifadəsi ilə bağlı təlimlər keçirilir.
 
Telesəhiyyənin Azərbaycanda səhiyyə sisteminə daxil edilməsi həkimlərin xəstələrə distant şəkildə tibbi xidmət göstərməsinə şərait yaradacaq və bununla da tibbi yardımın əlçatanlığını genişləndirəcəkdir.
 
Bu sistem xəstə məlumatlarının təhlükəsiz ötürülməsinə və konfidensiallığın saxlanılmasına zəmanət verir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır