ATU əməkdaşı Yunanıstanın Aristotel Universitetində tələbələrə mühazirə oxuyub  
12.07.2023 10:57

Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Yunanıstanın Saloniki şəhərindəki Aristotel Universitetinin Tibb fakültəsində olub. Səfər Erasmus+ Beynəlxalq Mobillik Proqramı çərçivəsində baş tutub. 

 

Aztibb.az-a bu barədə ATU-dan xəbər verilib.

 

M.Orucov proqram müddətində Tibb fakültəsinin dekan müavini, professor S.Triaridis, Patologiya kafedrasının müdiri, professor P.Hytiroglou, Histologiya və embriologiya kafedrasının müdiri, professor S.Antonia, Tibbi fizika və rəqəmsal innovasiyalar laboratoriyasının müdiri, professor P.Bamidis, Tibb fakültəsinin Beynəlxalq təhsil proqramının direktoru, Neyrocərrahiyyə kafedrasının müdiri, professor N.Foroglou ilə görüşlər keçirib.

 

ATU-nun əməkdaşı Aristotel Universitetinin tələbələri üçün “Azərbaycanda tibb təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda mühazirə oxuyub, tibb təhsili və klinik bacarıqlar üzrə mühazirə və praktik məşğələ dərslərində iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır