Günəşin aktiv şüalarından qorunmaq üçün hansı saatları seçmək lazımdır?”
12.07.2023 10:43
Dəniz sahilində günəşin aktiv şüalarından qorunmaq üçün düzgün saatların seçilməsinə diqqət yetirmək lazımdır. Dəniz havası təbii antioksidantdır. İnsan orqanizminin oksigenlə doyması gərginliyi azaldır, iş qabiliyyətini artırır, yuxunu yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, pozitiv emosiyalar bəxş edir. Dəniz havasında Mendeleyev cədvəlinin demək olar ki, bütün elementləri var. Dəniz atmosferində orqanizmə çox faydalı olan yod, selenium, brom kimi nadir elementlər var.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının pediatrı Təranə Göyüşova “Günəşin aktiv şüalarından qorunmaq üçün hansı saatları seçmək lazımdır?” mövzusundan bəhs edərkən deyib.
Onun sözlərinə görə, hər bir valideyn dəniz havasının uşaqlar üçün faydalarını bilməlidir. Dəniz kənarında gəzintilər uşaqların payız-qış aylarında virus xəstəliklərinə müqavimət göstərməsinə kömək edir. Çalışın yay aylarında uşaqlarınızla 3-4 həftə hər gün dəniz sahilində dincələsiniz. İlk 1-2 həftə iqlim şəraitinə uyğunlaşmaya sərf olunacaq və bundan sonra bərpa başlayacaq. Dəniz sahilində hava və faydalı maddələrlə nəfəs almaq uşaqlarınız üçün çox faydalıdır:
"Bir məqamı da mütləq qeyd etmək istərdim ki, günəş şüaları ilə bağlı bəzi vacib qaydaları unutmaq olmaz. Günəş şüalarının vitamin D ilə zəngin olması və uşaq orqanizmində onun çatışmazlığı olarsa, bunun uşaqlarda raxit xəstəliyinin əmələ gəlməsinin başlıca səbəbi olduğunu hamı bilir. Ona görə də, dəniz sahilində uşaqların səhər saat 10-a qədər gəzib əylənməsi məsləhətdir. Belə ki, uşaqlar dəniz sahilində istirahət edərkən, həddən artıq günəş altında qaldıqda dərinin yanması, günvurma və s. kimi fəsadlar yarana bilər. Saat 11-dən sonra onların kölgəlik olan yerlərdə dincəlmələri məsləhətdir. Gün batana yaxın və sonrakı vaxtlarda uşaqların yenə açıq sahildə əylənmələri məsləhətdir".
Təranə Göyüşova qeyd edib ki, dəniz sahilində müntəzəm gəzintilər zamanı orqanizmdə maddələr mübadiləsi sürətlənir, ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir. Dəniz havası həmişə təmiz olur. Bu havada toz, qazlar və allergenlər olmur.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

