Azərbaycanda selektiv abortlara təsir edən amillərin öyrənilməsinə dair sorğu keçirilib
12.07.2023 10:39
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkəmizdə doğulacaq uşağın cinsinin seçilməsinə təsir edən sosial, ictimai, tibbi və digər amillərin araşdırılması və hədəfli tədbirlərin keçirilməsi məqsədi ilə sorğu keçirilib.
Aztibb.az-a bu barədə İSİM-dən məlumat verilib.
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıqla keçirilən sorğunun əsas məqsədi Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan əsas mexanizmlərin öyrənilməsi, statistik məlumatların əldə edilməsidir.
Qadın məsləhətxanaları və doğum evlərində aparılan sorğuda ginekoloq, ultrasəsli diaqnostika (USM) həkimləri, mamalar, tibb bacıları iştirak ediblər. Bakı şəhərində və regionlarda keçirilən sorğu ümumilikdə 21 doğuşayardım tibb müəssisəsində, 917 nəfər respondent arasında aparılıb.
Tibb müəssisələrində keçirilən görüşlərdə İSİM tərəfindən hazırlanaraq nəşr edilən, abortların və selektiv abortların təhlükəli təsirləri barədə maarifləndirici materiallar paylanılıb. Sorğu nəticələrinin təhlil edilərək analiz olunması və müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, selektiv abort, dölün cinsiyyətinə görə hamiləliyin süni pozulması bu gün nəinki Azərbaycanda, bütün dünyada cəmiyyəti narahat edən məsələlərdəndir. Selektiv abortların qarşısının alınması istiqamətində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Qanunvericilik bazası təkmilləşdirilir, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhalinin müxtəlif yaş qrupları arasında geniş maarifləndirilmə aparılır. Selektiv abortların fəsadları, gender əsaslı cins seçiminin aradan qaldırılması, qız uşaqlarının doğulmasının stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir və məlumatlandırıcı materiallar paylanılır.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

