Tibb üzrə fəlsəfə doktoru İlahə Zeynalova - Peşəkar həkimlərimizi tanıyaq!
15.07.2023 16:28
Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu, geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında təqdim edəcəyimiz belə təbiblərimizdən biri də Respublika Perinatal Mərkəzinin Hamiləliyin patologiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru İlahə Zeynalovadır.
 
O, 1968-cı ildə Bakı şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 190 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin I Müalicə profilaktika fakultəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib. 1991-1993-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin II Mama-ginekologiya kafedrasında mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçib.
 
İlahə Zeynalova 1994-2010-cu illərdə Respublika Doğum Evində çalışıb. 2010-cu ildən Respublika Perinatal Mərkəzində həkim mama-ginekoloq kimi fəaliyyət göstərir. Hazırda Respublika Perinatal Mərkəzinin Hamiləliyin patologiyası şöbəsinin müdiridir.
 
Həkim 2007-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır