Tibb tarixində bu gün: Bakterioloq Albert Kalmet anadan olub
12.07.2023 09:29

12 iyul 1863-cü ildə fransız həkim, bakterioloq və immunoloq Leon Şarl Albert Kalmet (1863-1933) anadan olub. Kalmet Kamil Qeren ilə birlikdə vərəm peyvəndini (BCG) hazırlayıb. O, həmçinin taun əleyhinə zərdab icad edib və ilan zəhərinə qarşı antitoksin istifadə edən ilk şəxs olub.

Kalmet 1886-cı ildə Parisdə tibb fakültəsini bitirir. 1891-ci ildə o, Hind-Çin Saiqonda Pasteur İnstitutunu qurur və burada ilan zəhərinə qarşı qoruyucu zərdabı kəşf edir.

Alim Fransaya qayıdır və Lilldə Paster İnstitutunu təsis edir.(1896-1919). 1908-ci ildə Albert Kalmet virulent iribuynuzlu vərəm çöplərinin öd tərkibli mühitdə yetişdirildikdə daha az virulent olduğunu aşkar edir.

Tədqiqatdan təxminən 15 il sonra bu tapəntı uşaqların vərəmə qarşı peyvənd edilməsi üçün təqdim edilən BCG-nin hazırlanmasında tətbiq edildi.

BCG peyvəndi vərəm əleyhinə peyvənddir. Bu peyvənd xəstəliyə səbəb olan M.tuberculosis ilə yaxından əlaqəli olan Mycobacterium bovis bakteriyasının zəifləmiş ştamından hazırlanır. Peyvənd 1908-ci ildən 1921-ci ilə qədər 13 il müddətində Bacillus Calmette-Guérin və ya BCG adlnda fransız bakterioloqları Albert Calmette və Kamille Querin tərəfindən hazırlanıb.

Aztibb.az

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev