Günəş şüaları sinir-pisixi gərginliyi, depresiyanı tənzimləyir, əhval-ruhiyəni yaxşılaşdırır
16.07.2023 15:14
Canlı orqanizmləri günəşsiz təsəvvür etmək mümkün deyil. Günəş həyat mənbəyi olan işığa və istiliyə malikdir. Elə buna görədir ki, günəş şüalarının qəbulu həm faydalı, həm də zərərlidir.
 
Aztibb.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi, terapevt Xatirə Abdullayeva bildirib ki, insan orqanizminə lazım olan D vitamini günəş şüalarının təsirindən orqanizmin dəri səthində əmələ gəlir: “Bütün yaş qrupunda sümük - əzələ sistemində skeletin formalaşmasında, zədələnmənin bərpasında və raxit xəstəliyinin müalicəsində D vitamini vacib element sayılır”.
 
Həkimin sözlərinə görə, D vitamininin qəbulu dərman preparatlarından istifadəsindən başqa ən dolğun halda təbii yolla səhər saatlarında saat 10:00-a qədər mümkündür. Digər halda isə saat 16:00-dan 20-30 dəqiqə olmaqla ovuc və qolların iç səthini günəşə doğru tutmaqla əldə edilir. Günəş şüaları, eyni zamanda sinir-pisixi gərginliyi, depresiyanı tənzimləyir, vücudu oyandırır, əhval-ruhiyəni yaxşılaşdırır.
 
X.Abdullayeva günəş şüalarının faydaları ilə yanaşı, ziyanı olduğunu da xatırladıb: “Belə ki, dəri səthində piqment ləkələri, dəri xərçəngi, saçların quruması və tökülməsi, istivurma, günvurma, hipertermiyanın əmələ gəlməsi, yanlış zamanda günəş vannalarının qəbulu ilə bağlıdır".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev