Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində könüllü gömrükçülər fəaliyyətə başlayıb  
11.07.2023 14:53
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 10-cu “Könüllü gömrükçü” dəstəsinin 7 üzvü 11 iyul 2023-cü il tarixindən 11 oktyabr tarixədək 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb.
 
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilən xəbəərə görə, bununla əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.
 
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsi, Sosial innovasiyalar şöbəsinin inspektoru Ruqiyyə Səməndərova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.
 
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev könüllü gömrükçüləri bu münasibətlə təbrik edib, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə məlumat verib, onlara öz seçdikləri sahələr üzrə bilik və təcrübi bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərində uğurlar arzulayıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır