"Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar həkimlərimizi tanıtmaqda davam edir!
13.07.2023 16:24
Həkimlərin gülər üzü xəstənin sağalması üçün ilk məlhəmdir. Başqalarının xoşbəxtliyindən xoşbəxt olmaq - bu, özünü tibbə həsr edənlərin ən böyük mükafatıdır.
 
“Həkimlərimizi tanıyaq!” rubrikamızda söz açacağımız belə həkimlərdən biri də “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım şöbəsinin həkimi Nəhayət Musayevadır.
 

O, 10 aprel 1958-ci ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olub. 1977-1984-cü illərdə N.Nərimanov adına Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb.

 

Nəhayət Musayeva 1984-1987-ci illərdə Oğuz rayonun Kərimli kəndində həkim pediatr, 1987-1990-ci illərdə Oğuz Uşaq Təcili yardım şöbəsinin müdiri, 1990-1992-ci illərdə Oğuz rayon Uşaq Xəstəxanasında həkim pediatr, 1992-1995-ci illərdə Oğuz rayonunun baş pediatrı vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Qəbələ rayon Uşaq Xəstəxanasının baş həkimi, 1998-2010-cu illərdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində həkim pediatr, 2010-2023-cü illərdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri işləyib. 10 aprel 2023-cü il tarixindən “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım şöbəsinin həkimi kimi fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır