Yayda pediatrlara müraciətlər arasında bişməcə və allergiya ilə bağlı şikayətlər ilk sıralardadır - Nərmin Əmirova
15.07.2023 10:11
Artıq yay mövsümünü yaşayırıq. Hər bir fəslin öz gözəllikləri olduğu kimi, müəyyən çatışmayan cəhətləri də var. Qızmar günəşin yaratdığı istilik müəyyən bir temperatur həddini keçdikdən sonra öz zərərlərini göstərməyə başlayır. Belə zərərlərdən biri də dəridə yaranan səpgilərdir. Bu yerdə isə həssas təbəqə təbii ki, körpələrimizdir. Onların dərisi temperatura kəskin reaksiya verir, çünki dəri qatı çox nazik və tam formalaşmamışdır.
Aztibb.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi, pediatr-immunoloq Nərmin Əmirova yayda pediatrlara müraciətlər arasında bişməcə və allergiya ilə bağlı şikayətlərin ilk sıralarda dayandığını bildirib.
Həkim qeyd edib ki, yenidoğulmuşlarda və südəmər uşaqlarda səpgini differensasiya etmək hər zaman rahat olmur. Belə olduğu halda həkim dəqiq anamnez toplamalı, daha sonra əlavə instrumental müayinəyə ehtiyac varsa təyin etməli, nəticəsiylə diaqnozu qoymalıdır:
"Valideyn isə, ilk növbədə, bişməcə və allergik səpgi anlayışı barəsində məlumatlı olmalıdır. Allergik səpgi hər hansısa bir qidaya, məişət-kimyəvi maddələr, ev heyvanlarının tükü, bitkilərin tozcuqları, parça növü, dərman preparatından yarana biləcək səpgidir. Bəzən bu bilgiyə sahib olmaq səpginin səbəbini müəyyən etməyə yetərli olur. Məsələn, süd verən ana qida rasionunda dəyişiklik edibsə və ya körpənin paltarlarını fərqli yuyucu tozuyla yuyubsa, yeni dərman vasitəsi qəbul olunubsa, bu cür hallarda allergen faktoru orqanizmdən kənarlaşdırmaq üçün həkim-mütəxəssis konsultasiyası almaq lazım gəlir."
Pediatr-immunoloqun sözlərinə görə, bişməcə tər vəzlərinin funksiyasının dəyişməsi ilə yaranan dəri qıcıqlanmasıdır. Bu zaman tər ifrazı artır, dəri səthindən rütubətin buxarlanması isə azalır, beləliklə, tər vəzi axacaqlarının üzəri bağlanır və tər ifrazı çətinləşir – səpgi yaranır.
Nərmin Əmirova bildirib ki, bişməcələrin əsas səbəbləri dəriyə düzgün qulluğun olmaması (südəmərlərdə boyun, qoltuqaltı, qasıq nahiyələrinin yetərli təmizlənməməsi), müntəzəm bədən losyon-yağlarının istifadəsi, aşağı keyfiyyətli bezlər və ya bezin gündəlik az dəyişilməsidir: "Yay aylarında bu sadə qulluq qaydalarına əməl etmək hər bir valideynin borcudur. Əgər qulluq düzgün olarsa, yaxşı nəticəni tez əldə etmək mümkün olacaq".
Bu bölməyə aid digər xəbərlər
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
26.10.2026 | 12:38
Yeni müalicə üsulu xroniki qulaq küyünün azalmasına kömək edir
26.10.2026 | 07:48
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
25.10.2026 | 09:42
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Anus kənarında qəfil yaranan ağrılı düyün trombozlaşmış hemorroyun əlaməti ola bilər
24.10.2026 | 11:36
2-ci tip diabet qaraciyər sağlamlığına necə təsir edir?
24.10.2026 | 10:32
Anadangəlmə ürək qüsurlarının erkən aşkarlanması həyati əhəmiyyət daşıyır
24.10.2026 | 08:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

