Günəş şüası qəbul edərkən nələrə diqqət yetirməliyik?  
10.07.2023 11:19
Günəş şüalarının tərkibindəki ultrabənövşəyi (A,B,C) və görünməyən işıqlar faydalı olduğu qədər, həm də ciddi zərər verə bilir.
 
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 19 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərovanın sözlərinə görə, bu şüalar dəri xərçəngi və ya dərinin vaxtından əvvəl yaşlanmasına da səbəb olur:
 
“Günəş şüası qəbul etməyin də öz qaydaları var. Belə ki, günəşlənmədən öncə günəş şüalarının zərərinə qarşı 2 saatdan bir SPF (25, 50, 100) kremlərindən, günəşlənmə bitdikdən sonra isə nəmləndirici kremlərdən istifadə edilməlidir. Günəş üçün qoruyucu kremlərdən istifadə edərkən, üz və bədən üçün fərqli SPF kremlər seçilməlidir. Üz üçün SPF kremlər çeşidli antioksidantlar və dərinin yaşlanmasına qarşı olan xüsusi qatqılardan hazırlanır. Bu kremlərdən istifadə edərkən üz dərisinin xüsusiyyəti-həssas və ya yağlı cild olması nəzərə alınmalıdır”.
 
O, günün hansı saatlarında günəş şüaları qəbul etməyin faydalı oduğunu açıqlayıb. Bildirib ki, günəş şüası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir. Məsələn, saat 12:00-15:00 arası günəş şüaları qəbul etmək məsləhət deyil. Çünki bu saatlarda günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi (B və C) şüalar daha az zərərli olmağa başlayır. Buna baxmayaraq, bu saatlarda da günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edərək günəşlənmək tövsiyə olunur.
 
Yeganə Cəfərova qeyd edib ki, əgər günəşləndikdən sonra dəri soyulmağa başlayırsa, bu düzgün olmayan və keyfiyyətsiz günəş şüalanması təsirindən baş verir. Bu özü də dərinin 1-ci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir:
 
"Beləliklə, müxtəlif qoruyucu kremlərdən istifadə etdikdə və düzgün saatlarda günəş şüaları qəbul etdikdə, doğru günəşlənmə baş verir və bu zaman yaranan dəri rəngi bir növ günəşdən qorunma mexanizminə çevrilir. Əgər dəri tamlığını itirib bu mexanizmdən çıxarsa, orqanizm artıq bu şüalardan zərər görməyə başlayır".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub